Xidmətlər

Vergi xidmətləri

Vergi öhdəliklərinizi minimuma endirən və sizə dəstək olan etibarlı konsaltinq xidməti axtarışındasınız? Smart Assist Konsaltinq bu məsələdə sizə kömək edəcək! Azərbaycanda fəaliyyət göstərən aparıcı konsaltinq şirkəti olaraq, biz sizə müxtəlif növ vergi konsaltinq xidmətləri təklif edirik. Məqsədimiz sizin vergi mövqeyinizi optimallaşdırmaq və yerli vergi qanunvericiliklərinə uyğunluğunuzu təmin etməkdir.

Peşəkarlardan ibarət komandamız yerli və beynəlxalq vergi qanunvericilikləri haqqında geniş biliyə malikdir. Biz qanunvericilikdə olan ən son dəyişikliklərindən xəbərdarıq və məsələyə uyğun fərdi həllər təqdim edirik.

Smart Assist Konsaltinq olaraq, biz sizə müxtəlif xidmətlər təklif edirik. Buna vergi planlamasıstrategiyası, vergi sənədlərinin uyğunlaşdırılması, beynəlxalq vergi konsaltinqi, vergi auditimübahisəli vergi məsələlərinin həlli daxildir. Xidmətlərimizdən bəziləri aşağıda daha ətraflı şəkildə qeyd olunub

Sadələşdirilmiş vergi bəyannaməsi: Bu, dövriyyəsi limitli olan kiçik müəssisələr üçün sadələşdirilmiş vergi bəyannaməsidir.

ƏDV bəyannaməsi: Müştərilərimizə ƏDV-nin qeydiyyatı, qanunvericiliklə uyğunluğu və optimallaşdırılması ilə bağlı dəstək oluruq. Bununla yanaşı, ƏDV bəyannamələrinin hazırlanması və hesabatların göndərilməsinə kömək edir, həmçinin ƏDV ilə bağlı məsələlər üzrə məsləhətlər veririk.

Fiziki və hüquqi şəxslərin gəlir vergisi bəyannaməsi: Biz fərdi sahibkarlar və hüquqi şəxslərə yerli vergi qaydalarına uyğun olaraq gəlir vergisi bəyannamələrini hazırlamağa və hesabatların göndərilməsinə kömək edirik. Həmçinin, gəlir vergisinin optimallaşdırılması ilə bağlı məsləhət veririk.

Muzdlu və qeyri-muzdlu işlə əlaqədar vahid bəyannamə: Biz müştərilərimizə muzdlu və qeyri-muzdlu işlə əlaqədar vahid bəyannaməni vaxtında və dəqiq təqdim etməkdə kömək edirik.

Statistika hesabatı: Dövlətin mövcud siyasətinə uyğun olaraq Dövlət Statistika Komitəsinə aylıq, rüblük, illik hesabatlar təqdim edilir.

Məqsədimiz vergi yoxlamalarında sizi təmsil edib və audit prosesinə hazırlaşmağınıza kömək etməkdir. Biz bütün vergi öhdəliklərinizi yerinə yetirərək işinizi asanlaşdırırıq.

Əgər etibarlı vergi konsaltinqi xidməti axtarırsınızsa, Smart Assist Konsaltinq sizə bu işdə dəstək olacaqdır. Vergi məsələlərinizi optimallaşdırmaq və maliyyə hədəflərinizə çatmaq üçün elə bu gün bizimlə əlaqə saxlayın!

Biznesinizə peşəkar dəstək lazımdır ?
Bizimlə əlaqə saxlayın