Xidmətlər

Korporativ hüquq xidmətləri

Təcrübəli korperativ hüquqşünaslardan ibarət komandamız korporativ hüququn bütün sahələrini dərindən bilir. Smart Assist Konsaltinq həm təcrübəli şirkətlərə həm də ki, yeni təsis olunmuş biznesə öz töhvəsini verməklə onlara istədikləri məqsədlərə çatmaqlarında yardımçı olur.

Korporativ hüquq xidmətlərimizə aşağıdakılar daxildir:

  1. Şirkətin qeydiyyatı: Biz sizə biznesiniz üçün düzgün hüquqi strukturu seçməkdə kömək edirik. Həmçinin, şirkətinizin müvafiq orqanlarda düzgün qeydiyyatdan keçməsini təmin edirik,
  2. Müqavilələrin tərtib və analizi: Hüquqşünaslarımız maraqlarınızı qoruyan və qanunvericilik tələblərinə uyğun gələn müqavilələr hazırlanmasında kömək edir,
  3. Korporativ idarəetmə: Biz sizə şirkətiniz üçün effektiv idarəetmə strukturunun yaradılmasında dəstək oluruq. O cümlədən, nizamnamə və nizamnamə sənədlərinin hazırlanmasına kömək edirik,
  4. Birləşmə, ayrılma və hüquqi şəxsin digər fomrada yenidən təşkili: Komandamız bütün qanuni tələblərin yerinə yetirilməsini və əməliyyatın düzgün şəkildə tamamlanmasını təmin edir. Beləliklə, mürəkkəb proses kimi görünən birləşmə və ayrılma  hər bir mərhələsində sizə dəstək oluruq.
  5. Əqli mülkiyyət: Biz patent, əmtəə nişanı və müəllif hüquqlarının qeydiyyatı vasitəsilə qiymətli əqli mülkiyyətinizi qorumağa dəstək oluruq,
  6. Əmək qanunvericiliyi: Hüquqşünaslarımız əmək qanunvericiliyinin bütün sahələrində sizə kömək edir. Buna əmək müqavilələrinin tərtib edilməsi, əmək mübahisələri, əmək qanunvericiliyi üzrə məsləhətlərin verilməsi və digər xidmətlər daxildir.

Smart Assist Konsaltinq olaraq, hər bir biznesin özünə məxsus olduğunu başa düşürük. Xidmətlərimizi müştərilərimizin xüsusi ehtiyaclarına dəstək olmaq üçün formalaşdırırıq. Komandamız müştərilərimizin biznes məqsədlərinə çatması üçün praktik və effektiv hüquqi həllər təqdim etməyə fokuslanır.

Xidmətlərimiz haqqında daha ətraflı məlumat əldə etmək və sizə necə dəstək olacağımızı öyrənmək üçün bu gün bizimlə əlaqə saxlayın.

Biznesinizə peşəkar dəstək lazımdır ?
Bizimlə əlaqə saxlayın