Xidmətlər

1C proqram təminatı

Biznesiniz və maliyyə əməliyyatlarınızı idarə etmək üçün etibarlı və effektiv üsul axtarırsınız? Azərbaycanın qabaqcıl konsaltinq şirkəti olan Smart Assist Konsaltinq bu məsələdə sizin köməyinizə gəlir.

Mütəxəssislərdən ibarət komandamız müştərilərin xüsusi ehtiyaclarını ödəmək üçün 1C proqram təminatının hazırlanmasında  və təkmilləşdirilməsində kifayət qədər təcrübəlidir. 1C proqram təminatından istifadənin bir çox üstünlükləri var. Bu üstünlüklərdən biri onun insan səhvlərini məhdudlaşdırmasıdır. Bununla da siz, daha dəqiq maliyyə hesabatları hazırlayır və ümumi biznes əməliyyatlarında daha az səhv edirsiniz.

Smart Assist Konsaltinq olaraq, sizi 1C proqram təminatının müxtəlif növ xidmətləri ilə təmin edirik. Bunlara daxildir:

Mühasibat uçotu və Maliyyə idarəetməsi: Komandamız mühasibat uçotu, maliyyə hesabatları və vergi hesabatlarının hazırlanmasında sizə dəstək olaraq biznesinizi effektiv idarə etməyə kömək edir.

İnsan Resurslarının idarə olunması: Biz əmək haqqı və işçilərə olunan digər ödənişlərin hesablanması və kadr uçotunun aparılmasında sizə xidmət göstəririk. Bu, öz növbəsində sizə işçi qüvvənizi daha səmərəli idarə etməyə kömək edir.

Anbar və Təchizat Zəncirinin idarə olunması: Anbar uçotu, sifarişlərin idarə olunması, təchizat zəncirinin optimallaşdırılmasını əhatə edən xidmətlərimizlə anbarınızı daha effektiv idarə etməyə kömək edirik.

Müştərilərlə Əlaqələrin idarə olunması: Satış və marketinqin avtomatlaşdırılması, müştərilərə dəstək, müştəri datalarının təhlili xidmətləri vasitəsi ilə müştəri münasibətlərini daha effektiv idarə edəcəksiniz.

Biznesin təhlili: Komandamız sizə məlumatların təhlili, hesabatların hazırlanması və biznes analitikasını əhatə edən xidmətlərlə dəstək olur. Beləliklə siz, biznesiniz haqqında səmərəli qərarlar qəbul edəcəksiniz.

Kiçik biznes sahibi və ya böyük müəssisənin İcraçı direktoru olmağınızdan asılı olmayaraq, Smart Assist Konsaltinq biznesinizi daha effektiv idarə etməyə kömək edən təcrübəyə malikdir. 1C proqram təminatı xidmətlərimiz və sizə necə kömək edə biləcəyimiz haqqında ətraflı məlumat əldə etmək üçün bu gün bizimlə əlaqə saxlayın.

Biznesinizə peşəkar dəstək lazımdır ?
Bizimlə əlaqə saxlayın