Mühasibatlıq xidməti
Smart Assist Konsaltinq Azərbaycanda yüksək səviyyəli mühasibatlıq xidmətləri təqdim edir. Müəssisənizin maliyyə məsələlərinin effektiv həlli üçün müxtəlif növ mühasibatlıq xidmətləri təklif edirik.
Biznesinizin maliyyə göstəricilərini izləməyiniz üçün maliyyə hesabatlarının hazırlanması və təhlili xidməti təklif edirik. Bu hesabatlara balans hesabatları, mənfəət və zərər hesabatları, pul vəsaitlərinin hərəkəti hesabatları daxildir. Biz sizə dəqiq və etibarlı maliyyə hesabatları hazırlamağa kömək edirik və biznesinizin inkişafı üçün tövsiyyələr veririk.
Büdcə və proqnozlaşdırma maliyyə planlaşdırmasının vacib komponentlərindəndir. Mühasibatlıq komandası olaraq, sizə real büdcə və proqnoz yaratmağa kömək edəcəyik. Bu isə öz növbəsində sizə gələcək üçün planlar hazırlamağa və səmərəli qərarlar qəbul etməyə kömək edəcəkdir.
Maliyyə sistemi və əməliyyatlarında potensial problemləri müəyyən etmək etmək üçün əməliyyatlara gündəlik nəzarət xidməti təklif edirik. Komandamız sizə daxili nəzarəti gücləndirmək üçün tövsiyələr verəcək. Həmçinin saxtakarlıq və ya səhv etmək riskini azaltmaqda dəstək olacaq.
Bu xidmətlərlə yanaşı, biz sizə gündəlik mühasibat əməliyyatlarında da kömək edirik. Buna hesab fakturalarının təqdim edilməsi və qəbul olunması, ödəniş tapşırıqlarının icrası, əmək haqqının hesablanması və digər xidmətlər daxildir. Komandamız maliyyə əməliyyatlarınızın dəqiq və vaxtında qeydə alınmasını təmin edir. Beləliklə, siz, diqqətinizi yalnız biznesinizi inkişaf etdirməyə yönəldirsiniz.
Yekun olaraq, Smart Assist Konsaltinq sizin mühasibat uçotu xidmətləri təminatçınızdır. Xidmətlərimiz və biznesinizə necə kömək edə biləcəyimizi öyrənmək üçün bu gün bizimlə əlaqə saxlayın.