Blog

Xaricdən mal gətiriləndə hansı rüsumlar ödənilir? Gömrük ödənişləri hansı qaydada hesablanır?

Gömrük rüsumları hansı qaydada hesablanır?

1. İdxal rüsumu - 15% (MDB ölkələrindən idxal edilən mallar mənşə setifikatını təqdim edərkən qeyd olunan rüsumdan azad edilir);

2. Əlavə Dəyər Vergisi (ƏDV) - gətirilən malın dəyəri + yolxərcinin məbləği + malın dəyərinin üzərinə hesablanmış 15% idxal rüsumunun hamısının cəminin 18 %-i.

Misal üçün sizin ölkəyə idxal etdiyiniz malın dəyəri yol xərci ilə birlikdə 1000 manat təşkil edir. Bu zaman 1000 manatın üzərinə 150 manat idxal rüsumu gəlir və yekun məbləğin yəni 1150 mantın 18 %-i ƏDV kimi ümumi məbləğin üzərinə hesablanır (bu halda cəmi 207 manat).

3. Əməliyyat haqqı - bu rüsum malların dəyərinə nisbətdə dəyişir - 1000 manata qədər olan mallara görə 15 manat təşkil edir, 1000 dan 10 000 manata qədər 60 manat, 10 000 və daha yuxarı 120 manat təşkil edir.

4. Elektron gömrük xidmətinin göstərilməsinə görə rüsum - 30 manat

5. Elektron gömrük xidmətinin görstərilməsinə görə ƏDV - 5 manat 40 qəpik

Misal üçün siz Çindən (və yaxud hansısa digər MDB üzvü olmayan ölkədən) ümumi dəyəri 1000 manat olan ütü (və ya hansısa digər kiçik məişət texnikası) gətizdirmisiniz.

Bu halda sizdən tutulacalaq ümumi rüsumlar aşağıdakı qaydada hesablanacaq:

İdxal Rüsumu - 150 manat

ƏDV - 207 manat

Əməliyyət haqqı - 60 manat

Elektorn gömrük xidmətinin görstərilməsinə görə rüsum - 30 manat

Elektorn gömrük xidmətinin görstərilməsinə görə ƏDV - 5 manat 40 qəpik

Cəmi: 1000 manatlıq mala görə - 452 manat, 40 qəpik gömrük rüsumu.

Yazıya şərh yaz

Loader
Məlumat uğurla göndərildi
Xəta baş verdi
Biznesinizə peşəkar dəstək lazımdır ?
Bizimlə əlaqə saxlayın